Azərbaycan milli komandasının üzvü Ozan Canlı Kökçü Niderland Erediviziyasında "Volendam"ın heyətində fərqlənib. 

Offsideplus.az xəbər verir ki, çempionatın I turu üzrə keçirilən "Herenven" - "Volendam" matçı 1:1 hesabı ilə başa çatıb. O.Kökçü bu qarşılaşmada meydana start heyətdə çıxıb və 72 dəqiqə top qovub. O, 65-ci dəqiqədə "Volendam"ın bərabərlik qoluna imza atıb. 

Beləliklə, "Volendam" Erediviziyada 18 komanda arasında 1 xalla 6-cı yerdə qərarlaşıb.

Baxımlı qolun videosunu təqdim edirik: