AZ

İspaniyalını transfer etməkdə maraqlıdır - Paytaxt klubu

“Mançester Siti”nin əsas oyunçularından olan Rodri Hernandes vətəninə qayıda bilər.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, “Real” “qızıl top”un son sahibi olan ispaniyalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

Hazırda Rodri gələcəyi ilə bağlı qəti qərar verməyib. Digər tərəfdən, “şəhərlilər” onunla əməkdaşlığı davam etdirmək və mövcud müqavilənin müddətini uzatmaq niyyətindədir.

29 yaşlı oyunçunun klubu ilə sözləşməsinin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq.

Rodri 2019-cu ilin yayında “Atletiko”dan “Mançester Siti”yə keçib. Yaxın günlərdə onun yeni zədəsi aşkarlanıb və sentyabra qədər yaşıl meydanlardan kənar qalacaq.

Seçilən
14
sportinfo.az

1Mənbələr