AZ

İsmayıllıdakı qəzada ölən Aydan bu nazirliyin əməkdaşı olub

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, səhər saatlarında rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota Prado” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, həyatını itirən Aydan Maliyyə Nazirliyinin əməkdaşı olub. Belə ki, o, Maliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrdəki nümayəndəliklərin maliyyəsi sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, o, Çinin Pekin şəhərinə magistratura təhsilini bitirib yenicə Azərbaycana qayıdıbmış.

Murad İbrahimli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
1
unikal.az

7Mənbələr