AZ

"Sabah"la oyundan aldığımız emosiyalar və hər şeyi bazar gününə keçirməliyik”

"Bütün futbolçuları və bu görüşdə komandaya dəstək olan hər kəsi təbrik edirəm".

Teleqraf xəbər verir ki, bunu Bolqarıstanın “Levski” baş direktoru Daniel Borimirov evdə “Sabah”ı 1:0 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

55 yaşlı funksioner komandanın sevinməyə layiq olduğunu söyləyib:

"Amma sabahdan fikrimizi bazar gününə, Bolqarıstan çempionatının "Spartak"la oyununa yönəltməliyik.

"Sabah"la oyundan aldığımız emosiyalar və hər şeyi bazar gününə keçirməliyik".

O, komandanın baş məşqçisi Xulio Velaskesdən razılıq ifadə edib:

"Bu, komanda işidir, bu, Xulio Velaskesin işidir. Mən şadam ki, o, uğur qazandı.

Onu ilk zamanlar neqativlə qarşılayırdılar, lakin zaman və işi ilə göstərdi ki, o, bizim dəstəkləyə biləcəyimiz və dəstəkləməli olduğumuz peşəkardır".

"Sabah"la "Levski" arasında cavab oyunu avqustun 14-də Bakıdakı Əlincə stadionunda keçiriləcək.

Seçilən
10
sportinfo.az

1Mənbələr