AZ

"Vest Hem" danimarkalı qapıçı transfer etdi

İngiltərənin "Vest Hem" klubu "Lester"in qapıçısı Mads Hermansenlə müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı qolkiperlə beş illik müqavilə bağlanıb. Müqavilədə daha bir il uzatma opsiyası da yer alıb.

Danimarkalının transferi "çəkiclər"ə 21 milyon avroya başa gəlib.

Ötən mövsüm Premyer Liqada Hermansen "Lester"in heyətində 28 oyun keçirib və 60 qol buraxıb.

Seçilən
84
90deqiqe.az

1Mənbələr