AZ

Rusiya hərbçiləri Xersonda mülki şəxslərin olduğu avtobusu PUA ilə vurub

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson şəhəri ətrafında mülki avtobusu pilotsuz uçuş aparatı ilə vurması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə Xerson vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xerson şəhərətrafı ərazilərdə qəsdən pilotsuz təyyarə ilə avtobusu vurublar. Təxminən 50 və 70 yaşlı iki kişi həlak olub. Hazırda müvafiq xidmətlər həlak olanların şəxsiyyətini müəyyənləşdirir. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm ”, - o yazıb.

Seçilən
95
13
demokrat.az

10Mənbələr