AZ

Eyfel qülləsindən paraşütlə tullanan şəxs saxlanıldı

BAKI, 9 avqust. TELEQRAF

Dünyanın ən görməli abidəsindən paraşütlə tullanan kişi polis tərəfindən saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın "Le Journal du Dimanche" qəzeti məlumat yayıb.

Avqustun 9-da səhər saatlarında Parisdə üç nəfər Eyfel qülləsinə qalxıb. Onların hər biri"binaya icazəsiz daxil olma" ittihamı ilə nəzarətə götürülüb.

"Təxminən bir saat sonra onlardan biri hətta paraşütlə tullanıb və yerdə insidentsiz saxlanılıb".

Seçilən
40
3
teleqraf.com

4Mənbələr