AZ

"Beşiktaş" yeni transferini açıqladı

“Beşiktaş” yay transfer pəncərəsinin ən diqqətçəkən addımlarından birinə imza atıb.

Fanat.Az xəbər verir ki, "qartallar" Nigeriya millisinin üzvü Vilfred Endidinin keçidini rəsmi olaraq elan edib.

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

28 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. Təcrübəli futbolçunun İstanbul təmsilçisinə azad agent statusunda qoşulduğu bildirilib.

Bu transferlə "Beşiktaş" orta xəttini həm müdafiə, həm də top paylama baxımından gücləndirmiş oldu.

Kamil Xudiyev

Seçilən
37
fanat.az

1Mənbələr