AZ

"Milan"dan "Nyukasl"a

style='margin-bottom:10px;'>

"Nyukasl" "Milan"ın futbolçusu Malik Tşau ilə razılaşıb. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər bonuslar da daxil olmaqla 40 milyon avroluq paket üzrə razılığa gəlib. “Milan” təklifi şifahi olaraq qəbul edib.

Bildirilir ki, sövdələşmə artıq tamamlanıb. 24 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Malik Tşaunun "Milan"la olan hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Seçilən
71
20
teleqraf.com

10Mənbələr