Amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində "Wikipedia"nı tənqid edib.
Publika.az xəbər verir ki, onun paylaşımı onlayn ensiklopediyanın həmtəsisçisi Larri Sangerin platformanın qərəzli olduğunu yazan şərhinə cavab olub. Mask bunun faktların yoxlanılması üçün uyğun olmadığı ilə razılaşıb.
Biznesmenin fikrincə, Vikipediyanın redaksiya siyasəti həddindən artıq sol mərkəzçi və nihilistdir. Real mənbələr daha vacibdir.