BAKI, 9 avqust. TELEQRAF
ABŞ, Ukrayna və Avropa nümayəndələri Tramp-Putin sammiti öncəsi mövqelərini razılaşdırmaq üçün həftəsonu Böyük Britaniyada görüşəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Axios xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Avropa İttifaqı ilə Ukraynanın təkliflər paketi artıq ABŞ təmsilçilərinə təqdim olunub.