AZ

Türkiyənin İletişim Başkanı Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü “X”platformasında paylaşıb

Yeniazerbaycan.com xəbər verir ki, Türkiyənin İletişim Başkanı Burhanettin Duran “X” platformasında paylaşım edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə imzalanan memorandum, Cənubi Qafqazda qalıcı sülhün təmin edilməsi yolunda mühüm mərhələdir və bu təşəbbüsü məmnuniyyətlə qarşılayırıq.
Duran qeyd edib ki, Türkiyə–Azərbaycan həmrəyliyinin ən konkret təzahürü olan İkinci Qarabağ müharibəsindən sonra sülh üçün açılan fürsət pəncərəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi regional diplomatiya sayəsində Azərbaycan və Ermənistan arasında dialoqu gücləndirib və bu günə gəlinməsində mühüm rol oynayıb.

Onun sözlərinə görə, Ermənistan, sülhün və diplomatiyanın müharibə və gərginlikdən daha faydalı olduğunu görüb və əks istiqamətli təşviqlərə baxmayaraq, sülhdən yana mövqe nümayiş etdirib.

Duran vurğulayıb ki, Türkiyə əvvəl olduğu kimi bundan sonra da bölgədə qalıcı əmin-amanlıq və sabitliyin təmin edilməsi, prosesin davamlı sülhə çevrilməsi üçün Prezidentin liderliyində diplomatik təşəbbüslər göstərməyə, konstruktiv addımları dəstəkləməyə və tərəflərlə yaxın təmasda olmağa davam edəcək.

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr