AZ

Kerem Aktürkoğlunun Fənərbağça ilə müqavilə imzalayacağı tarix bəlli oldu

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlunun "Fənərbağça"ya keçəcəyi tarix açıqlandı.

Oxu.Az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, Kerem Aktürkoğlu avqust ayının 16-da "sarı-lacivərdlər"lə müqavilə imzalayacaq.

"Benfika" futbolçunun keçidinə yalnız "Fənərbağça" gələn həftə "Feyenoord" səddini keçə bilməyəcəyi təqdirdə icazə verəcək.

Əks təqdirdə futbolçunun keçid müddəti uzana bilər.

Qeyd edək ki, "Fənərbağça" Kerem Aktürkoğlu üçün "Benfika"ya 25 milyon avro, futbolçunun özünə isə illik beş milyon avro maaş ödəyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
oxu.az

3Mənbələr