AZ

NATO Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq səylərini alqışlayır

Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.

Aznews.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial şəbəkələrdə yazıb.

“Biz Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq və sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik”, - o qeyd edib.

Hartın sözlərinə görə, bu, münasibətlərin normallaşması prosesində irəliyə doğru atılmış mühüm addımdır, eyni zamanda ümumilikdə regional təhlükəsizlik üçün atılan addımdır.

Seçilən
26
17
aznews.az

10Mənbələr