"Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin gələcək taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola onun sentyabr ayına qədər yaşıl meydanlara qayıda bilməyəcəyini açıqlayıb.
Qvardiola futbolçunun son iki məşqdə komanda ilə olduğunu, vəziyyətinin yaxşılaşdığını və bərpa prosesinin plan üzrə getdiyini vurğulayıb:
"Rodri bizim üçün çox önəmli oyunçudur. Onun tam sağlam şəkildə qayıtması üçün tələsməyəcəyik".
Qeyd edək ki, Rodri "Əl Hilal" ilə matçda zədələnmişdi.
Kamil Xudiyev