AZ

Rusiya XİN: Cənubi Qafqazda həll yolları daxili oyunçular və qonşuların dəstəyi ilə tapılmalıdır

Rusiya Vaşinqtonun Cənubi Qafqazda regional kommunikasiyaların bloklanması ilə bağlı bəyanatlarını sonradan təhlil edəcək. Bu sahədə Rusiya Federasiyasının iştirakı ilə üçtərəfli sazişlərin aktuallığı davam edir.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz Vaşinqtonun regional kommunikasiyaların bloklanması ilə bağlı bəyanatlarını təhlil edəcəyik. Bu sahədə Rusiyanın iştirakı ilə üçtərəfli sazişlər hələ də aktualdır və heç bir tərəf onlardan geri çəkilməyib,” – diplomat vurğulayıb.

Zaxarova həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanına üzvlüyü faktını, xüsusilə respublika ərazisindən tranzit yükdaşımalarnın təşkili məsələsini nəzərə almağın vacib olduğunu bildirib. O, Ermənistan-İran sərhədinin 1992-ci il 29 sentyabr tarixli dövlətlərarası sazişə əsasən yerləşdirilmiş Rusiya sərhədçiləri tərəfindən qorunması faktını da diqqətdən qaçırmamaq lazım olduğunu qeyd edib.

Rusiya nümayəndəsi Cənubi Qafqazda həll yollarının axtarışına xarici qüvvələrin cəlb edilməsinin yeni ayırıcı xətlər yaratmaması vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, regionun problemləri ən yaxşı şəkildə daxili oyunçular və yaxın qonşular tərəfindən həll olunur.

“Cənubi Qafqaz problemlərinin həllinin ən optimal variantı region ölkələrinin, yaxın qonşuları – Rusiya, İran və Türkiyənin dəstəyi ilə hazırlanmış və gələcəkdə həyata keçiriləcək həll yollarıdır. Regiondankənar oyunçular sülh gündəmini gücləndirməyə çalışmalı, əlavə çətinliklər və bölücü xətlər yaratmamalıdırlar,” – Zaxarova deyib.

Seçilən
114
operativmedia.az

1Mənbələr