AZ

Silah anbarında güclü PARTLAYIŞ

Yazını böyüt
Yazını kiçilt

Livanın cənubunda Tir şəhəri yaxınlığında partlayış nəticəsində ən azı altı hərbçi həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə "Hizbullah" silahlı qruplaşmasına məxsus silah anbarının sökülməsi zamanı baş verib - Mühəndis qoşunları bölməsi əməliyyat həyata keçirərkən partlayış baş verib.

Obyekt Vadi-Zıbkin rayonunda yeraltı sığınacaqda yerləşib.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
28
1
hafta.az

2Mənbələr