AZ

Rusiyada dəhşətli partlayış: Yaralananlar var

Sterlitamak şəhərində (Rusiya) ən böyük soda istehsalı zavodunda qaz partlayışı baş verib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat verib.

Ümumilikdə 36 nəfər xəsarət alıb, onlardan 27-si xəstəxanaya yerləşdirilib, 21-nin vəziyyəti ağırdır - reanimasiya və intensiv terapiya şöbəsindədir.

İlkin məlumatlara görə, hadisə texnoloji boru kəmərinin hermetikliyinin pozulması nəticəsində baş verib.

Partlayış faktı üzrə cinayət işi açılıb.

https://t.me/siqnalxeber/1807

"Cebheinfo.az"

Seçilən
98
2
cebheinfo.az

1Mənbələr