Mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın ailəsinə ağır itki üz verib.
Moderator.az-a daxil olan məlumata görə aktrisanın bacısı Rübabə xanım dünyasını dəyişib. Aktrisanın qızı Gövhər Qafarova saytımıza açıqlamasında məlumatı təsdiqləyib:
"Rübabə xalamın heç bir gözü görmürdü. Qəfil təzyiqi olub, yıxılıb və beyninə qan sızıb. Bizim bundan xəbərimiz olmayıb. Anamı itirəndən sonra mənim həyatda yaşama səbəbim xalam və nənəm idi. O mənim çox qayğıma qalıb, mənə analıq edib. Təhsilim, hazırlaşmağım hamısı xalamın üstündə idi. Xalam mənim tək tutunacaq budağım idi, onu da qopartdılar" deyə aktrisanın qızı bildirib.
Qeyd edək ki, Rübabə xanım bacısı Xanımı itirəndən sonra hər iki gözü tutulub. Sənətçinin anası Gövhər Qafarova isə uzun sürən xəstəlikdən sonra bir neçə ay bundan öncə dünyasını dəyişib.
Allah rəhmət etsin!
Moderator.az özəl olaraq aktrisanın bacısının fotolarını sizə təqdim edir.
