AZ

Azərbaycanlı karateçi Dünya Oyunlarında gümüş medal qazandı - YENİLƏNİB + FOTO

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb.
 
Moderator.az xəbər verir ki, idmançı finalda İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşıb.
 
Həlledici görüşdə məğlub olan İ.Zaretska fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
 
15:30
 
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında növbəti uğuruna imza atıb.
 
Azərbaycan Karate Federasiyasından Moderator.az-a verilən məlumata görə, idmançı finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, həlledici görüşdə İ.Zaretskanın rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.
Seçilən
53
5
moderator.az

10Mənbələr