AZ

Azərbaycan Premyer Liqası: İlk turun təqvimi açıqlandı

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə I turun oyun cədvəli məlum olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
 
15 avqust (cümə)
 
17:00. “Karvan-Yevlax” – “Qəbələ”
 
Şamaxı şəhər stadionu.
 
16 avqust (şənbə)
 
17:00. “İmişli” – “Turan Tovuz”
 
Şamaxı şəhər stadionu
 
20:00. “Neftçi” – “Şamaxı”
 
“Neftçi Arena”
 
17 avqust (bazar)
 
18:30. “Sabah” – “Qarabağ”
 
“Bank Respublika Arena”
 
20:30. “Sumqayıt” – “Kəpəz”
 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 
18 avqust (bazar ertəsi)
 
20:00 “Zirə” – “Araz-Naxçıvan”
 
Zirə İdman Kompleksinin stadionu
 
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” oyunu təxirə salınacaq.
 
“İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.
Seçilən
60
17
moderator.az

10Mənbələr