AZ

Tramp onu da Vaşinqtona dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Polşanın yeni Prezidenti  Karol Navroçkini sentyabrın əvvəlində Vaşinqtona dəvət edib.

Sitat.info  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Ağ Ev rəhbəri andiçmə günü ilə bağlı göndərdiyi rəsmi salamlama məktubunda Polşa Prezidenti Karol Navroçkini 2025-ci il sentyabrın 3-də Ağ Evə rəsmi işgüzar görüşə dəvət edib”, - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, bu, Karol Navroçkinin ABŞ-yə son vaxtlarda etdiyi ilk səfər deyil. O, mayın əvvəlində Vaşinqtona səfər edib, burada ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio ilə görüşüb.

Seçilən
33
10
sitat.info

10Mənbələr