Sloveniya Azərbaycan və Ermənistanın səylərini, həmçinin Ağ Ev administrasiyasının sülh prosesi ilə bağlı razılaşmaların əldə edilməsindəki rolunu yüksək qiymətləndirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi məlumat yayıb.
“Bu, şübhəsiz ki, region (Cənubi Qafqaz – red.) üçün yeni imkanlar açacaq və tərəqqini təmin edəcək”, - qurumdan qeyd edilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.