Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra liderlər Ağ Evdə Birgə Bəyannamənin imzalandığı zaldan çıxarkən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana qələmi yaddan çıxardığını xatırladıb.
Hakimiyyet.az xəbər verir ki, bundan sonra Paşinyanın qələmini götürməsi ilə maraqlı görüntülər kameraların obyektivində əks olunub.