"Cenoa"nın müdafiəçisi Koni de Vinter jaryerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, onun xidmətində "İnter" maraqlıdır.
Milan təmsilçisi artıq 23 yaşlı belçikalının klubu ilə danışıqlara başlayıb. futbolçunu transfer etmək istəyir. Genuya təmsilçisi bu satışdan 30 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, de Vinter ötən mövsüm "Cenoa"nın heyətində 26 matça çıxaraq 3 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.
Nihat