AZ

Türkiyənin milli gəliri 1 trilyon dolları keçib

Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ərdoğan: Milli gəlirimiz ilk dəfə 1 trilyon dolları keçib.

Banco.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, "DEİK 38-ci Ümumi Maliyyə Qurultayı və Ustalara Hörmət Mükafatlandırma Mərasimi"ndə çıxış edib.

Son günlərdə Türkiyə iqtisadiyyatına dair çox önəmli göstəricilərin açıqlanıldığını bildirən Ərdoğan deyib:

"Xarici ticarətdə yenidən rekordlara imza atdıq. Xatırlaryırsınızsa, 28 martda 2 milyard 64 milyon dollarla gündəlik mal ixracatında rekord qırmışdıq. 2025-ci ilin iyul ayında isə 25 milyard dollarla Cümhuriyyət tariximizin ən yüksək aylıq mal ixracatını həyata keçirdik. Xarici ticarət kəsiri son 9 ayın ən aşağı səviyyəsinə düşüb. 2002-ci ildə ildə 36 milyard dollar ixracat edən Türkiyəni biz belə təhvil aldıq, indi isə cəmi bir ayda 25 milyard dollar ixracat edən ölkəyə çevirdik. Yanvar–iyul ixracatına baxıldığında isə 7 ayda 5,2%-lik artımla 156,4 milyard dollara çatdıq."

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
banco.az

2Mənbələr