BAKI, 9 avqust. TELEQRAF
Avropada elektrikli avtomobil satışları rekord qırıb.
Teleqraf xəbər verir ki, ilin ilk altı ayında elektrikli avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 1 milyon 193 min 397 ədədə çatıb.
Bu müddətdə elektrikli avtomobillərin bazar payı 17,4% olub ki, bu da ötən ilə görə 3,6 faizartım deməkdir. Ötənilin ilk yarısı ilə müqayisədə bazar payı artımına görə Danimarka 19 faizlə birinci yeri tutub. Siyahıda Norveç (9,2 faiz), Belçika (8 faiz), Finlandiya (7,2 faiz) və Avstriya (5,6 faiz) növbəti pillələrdə qərarlaşıb.
Ən aşağı göstəricilər isə Xorvatiya, Slovakiya, Rumıniya, Polşa və İtaliyada qeydə alınıb.
İlin ilk yarısında Avropada ən çox elektrikli avtomobil satan marka Volkswagen olub, satışları 78% artaraq 135 min 427 ədədə çatıb.
Qeyd edəkki, satışlarda 33% azalma yaşayan Tesla 109,262 ədəd ilə ikinci, 15% artım edən BMW isə 94,658 ədəd ilə üçüncü yeri tutub. lk onluqda həmçinin Audi (74 min 561), Skoda (71 min 789), Renault (64 min 402), Kia (55 min 915), Mercedes (55 min 428), Volvo (49 min 219) və Hyundai (46 min 380) yer alıb.