AZ

Ağ Evdə növbəti tarixi uğur: Azərbaycan stereotipləri alt-üst etdi

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında Ağ Evdə birgə bəyannamə imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzası ilə iki ölkə arasında süh müqaviləsinin mətni paraflanıb.

Bununla da 1988-ci ildən davam edən münaqişəyə son qoyulması istiqamətində tarixi addım atılıb. Azərbaycanla Ermənistanın yekun sülh sazişinə kifayət qədər yaxınlaşması Cənubi Qafqazı münaqişələr bölgəsi statusundan çıxarıb sülh və əməkdaşlıq platformasına çevirə bilər.

Yəni de-yure postmünaqişə dövrünün başlanması ilə ilə əlaqədar Cənubi Qafqazda geosiyasi qüvvələr nisbəti və status-kvo dəyişəcək. Ağ Evdə imzalanmış sülh memorandumu son beş ildə keçmiş Ermənistan-Azərbaycan, “Dağlıq Qarabağ” münaqişəsinin həlli istiqamətində baş verən üçüncü mühüm hadisədir.

Birinci mərhələ 44 günlük müharibə ilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini özündə ehtiva edir. Bununla da işğal dövründə möcvud olmuş status-kvo aradan qalxdı və təmas xətti ləğv edildi. 

2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatı keçirməsi və erməni separatizminə son qoyması yeni mərhələ sayılır.

Azərbaycanın ləğv edilmiş qondarma rejimin əvvvəllər nəzarətində olmuş ərazilərdə dövlət suverenliyini və konstitusion hüquq normalarını tam bərqərar etməsi hazırkı status-kvonun formalaşmasını təmin etdi.

Nəhayət, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü təkliflər paketi əsasında sülh sazişinin ilkin razılaşdırılmış variantının imzalanması bütövlükdə regionda hər iki tərəfi qane edən geosiyasi arxitekturanın yaranmasına təkan verib. 

Sülh sənədində Azərbaycan və Ermənistan liderləri insanların saysız-hesabsız iztirabları ilə nəticələnən münaqişədən sonra, nəhayət, beynəlxalq sərhədlərin pozulmaması və gücdən istifadənin mümkünlüyü prinsiplərinə əsaslanaraq, hər iki xalq arasında mehriban qonşuluq münasibətlərinin başlanması üçün şərait yaradıldığını bəyan edib.

Bununla da tərəflər beynəlxalq hüquqa uyğun olaraq yaxın qonşuluq və mehriban dosrluq prinsipini əsas götürdüklərini, bir-birinə qarşı gücdən istifadə etməyəcəklərinə dair razılığa gəliblər.

Münaqişəni Ermənistanın başlatdığını nəzərə alsaq, bu daha çox rəsmi İrəvana aid siyasi və hüquqi öhdəliklər yaradır. Sənəd memorandum olduğundan birbaşa müqavilə öhdəliyi yaratmasa da, qarşılıqlı razılaşmaya uyğun olaraq, geriyə qüvvəsi yoxdur və bundan imtina oluna bilməz.

Yekun sülh müqaviləsində tərəflər məhz bu bəyannamədə əksini tapmış prinsipləri əsas götürəcəklər. Ona görə də Ermənistanda başqa siyasi qüvvə hakimiyyətə gələcəyi təqdirdə, bu sülh şərtlərindən imtina edə bilməz. Yəni Prezident Trampın iştirakı bu prosedə təşəbbüsü və iştirakı ABŞ-ni sülhün təminatçısına çevirir. Birinci Qarabağ müharibəsi dövründın başlayaraq, Azərbaycanla sərhədləri tanmaqdan imtina edən və ərazi iddiası məqsədilə güc tətbiq edən tərəf Ermənistan olub.

Azərbaycan isə Ermənistana qarşı güc tətiq etməyib. 44 günlük müharibədə Ermənistan ordusuna qarşı keçirilən hərbi əməliyyat Azərbaycanın suveren ərazisində aparılıb və sülhə məcburetmə məqsədi daşıyıb.

Bu münaqişədə Azrbaycan heç vaxt dinc erməni əhalisinə qarşı iztirablara və faciələrə səbəb olan davranışa yol verməyib. Əksinə, Azərbaycan xalqına qarşı terror, etnik təmizləmə və soyqırım cinayətlərini məhz Ermənistanda hazırda revanşist müxalifətin sıralarında olan qüvvələr Bakıda həbsdə olan separatçı cinayətkarlarla birlikdə həyata keçirib.

Azərbaycan Ermənistana qarşı heç vaxt ərazi iddiası irəli sürməyib və sərhədlərin toxunulmazlığı prinsipinə qarşı çıxmayıb. Lakin Ermənistan 1991-ci il Almatı Bəyannaməsinin 3-cü bəndini pozaraq Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığı prinsipini pozub.

Vaşinqtonda əldə olunmuş razılaşma tərəflər şərti sərhəddə eskalasiyanın baş verməməsi   üçün ciddi siyasi və hüquqi zəmin yaradır. Eyni zamnda, bu razılaşma şərti sərhədin dövlət beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi kimi qəbul olunması anlamına gəlmir. 

Sərhədlərin toxunulmazlığı prinsipinin reallaşmasından Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra  danışmaq olar. Bu baxımdan, Ağ Evdə imzalanmış sülh razılaşması çox güman ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesini sürətləndirəcək. 

Prosesə ABŞ kimi fövqəldövlətin zəmanətçi olması Ermənistanın Baş naziri Nikol Paşinyanı müxalifətin təzyiqlərindən çəkinmədən konkret addıımlar atmağa sövq edə bilər.

Sənəddə həmçinin, tərəflərin bir-birinə qarşı ərazi iddiasından imtina etdikləri bəyan edilir. Bununla da Ermənistan Azərbaycana qarşı, o cümlədən Qarabağa olan ərazi iddiasından əl çəkir. Lakin prosesin de-yure təsdiqini tapması üçün Ermənistan konstitusiyasından  preambula hissəsi çıxarılmalıdır. Ona görə də Ermənistanın cari ilin sonuna qədər konstitusiya referendumu keçirəcəyi istisna olunmur. 

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmsı hər iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açan fakt kimi qeyd edilir. 

“Biz indiki və gələcəkdə hər hansı qisas cəhdlərini qəti şəkildə rədd edir və istisna edirik”, - deyə sənəddə bildirilir.

Təbii ki, sülh müqaviləsinin imzalanması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması yalnız siyasi müstəvidə deyil, ictimai münasibətlərdə də müsbət dəyişikliyə gətirib çıxaracaq.

Ancaq Azərbaycan xalqı ermənilərə qarşı heç vaxt düşmənçilik münasibəti sərgiləməyib. 1988-ci ildə başlanmış münaqişənin səbəblərindən biri ərazi iddiası ilə bağlıdırsa, digəri Azərbaycan xalqına qarşı milli düşmənçilik və nifrət hissi olub. Artıq bu rasist düşüncə tərzinə son qoyulması üçün əlverişli imkan yaranıb.

Ağ Evdə imzalanmış sənəd Ermənistan cəmiyyətində formalaşmış siyasi stereotiplərin aradan qalxmasında tarixi addım ola bilər. 

Seçilən
30
50
cebheinfo.az

10Mənbələr