AZ

Binəqədi rayonunda oğurluq edən şəxs saxlanıldı

Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Rayon ərazisində yerləşən evlərin birindən 4800 dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H.Hüseynov müəyyən edilərək saxlanılıb.

Seçilən
62
18
teleqraf.com

10Mənbələr