AZ

Qarabağ pley off a çıxsa... I turun təqvimi açıqlandı

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

I turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq.

Misli Premyer Liqası

I dövrə, I tur

15 avqust

17:00. "Karvan-Yevlax” – "Qəbələ”

Şamaxı şəhər stadionu

16 avqust

17:00. "İmişli” – "Turan Tovuz”

Şamaxı şəhər stadionu

20:00. "Neftçi” – "Şamaxı”

"Neftçi Arena”

17 avqust

18:30. "Sabah” – "Qarabağ”

"Bank Respublika Arena”

20:30. "Sumqayıt” – "Kəpəz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18 avqust

20:00. "Zirə” – "Araz-Naxçıvan”

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, "İmişli” klubu Quba Olimpiya İdman Kompleksinin stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

PFL həmçinin bildirib ki, "Qarabağ" Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə Azərbaycan çempionatının ilk turundakı matçı təxirə salınacaq. Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də "Bank Respublika Arena"da baş tutmalı olan "Sabah” - "Qarabağ” oyunu təxirə salınacaq.

Qurban Qurbanovun komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) ilə ilk matçında 1:0 hesablı qələbəyə sevinib. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Pley-off mərhələsinə adlayan komanda "Ludoqorets” (Bolqarıstan) - "Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
142
41
qaynarinfo.az

10Mənbələr