Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O bildirib ki, həllini tapan məsələlər sırasında biz Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini şərtləndirəcək razılaşmanı qeyd etməliyik:

"Belə ki, Əliyev, Paşinyan və Trampın birgə imza atdıqları Bəyannamədə qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əlavə tədbirlərə ehtiyac var. Burada Azərbaycanın Ermənistan konstitusiyasındakı dəyişikliklə bağlı mövqeyi nəzərə alınıb. Digər tərəfdən, Minsk qrupunun ləğvi məsələsi də artıq həllini tapıb".
Millət vəkili qeyd edib ki, əldə edilmiş razılaşmalar sırasında Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılığa toxunmalıyıq:
"Tramp marşrutu" adlanacaq layihə razılaşdırılıb. Qeyd edim ki, bu məsələdə Azərbaycanla bağlı heç bir problem yoxdur. Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Həm dəmiryol xətti, həm avtomobil yolları çəkilib. Ermənistan ərazisindən keçən "Tramp marşrutu" ilə bağlı ABŞ və Ermənistan razılığa gəliblər. Bu razılıq nəticə etibarilə dəhlizin funksionallığını təmin edir. Ən əsası, Azərbaycandan Naxçıvana gediş-gəliş maneəsiz həyata keçiriləcək. ABŞ-nin təminatı ilə bu proses reallaşacaq.
Eyni zamanda ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması ilə razılıq əldə edilib. Bu, Azərbaycan–ABŞ münasibətləri ilə bağlı yol xəritəsi hesab edilə bilər. Burada ikitərəfli əlaqələrin inkişafı ilə bağlı elə bir sahə yoxdur ki, öz əksini tapmasın".
Son olaraq Elman Nəsirov bildirib ki, 907-ci maddənin dondurulması çox mühüm hadisədir:
"Eyni zamanda 907-ci maddənin ləğvi istiqamətində önəmli addım atıldı. Tramp bu maddənin fəaliyyətinin dayandırılması ilə bağlı üzərinə öhdəlik götürüb. Bu da çox mühüm hadisədir. Çünki 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilmişdi. 2001-ci ildən bu maddədə bir pauza yaransa da, Bayden administrasiyası yenidən bu maddəni işə salmışdı. Artıq bu mərhələ də başa çatır".
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
demokrat.azAzərbaycan-Ermənistan futbol matçı reallaşa bilər — DEPUTAT ( 20251911)
-
modern.azAzərbaycan Ermənistan futbol matçı reallaşa bilər DEPUTAT ( 20250999)
-
modern.azAzərbaycan-Ermənistan futbol matçı reallaşa bilər - DEPUTAT ( 20250975)
-
modern.azAzərbaycan-Ermənistan futbol matçı reallaşa bilər - DEPUTAT ( 20251050)
-
baki-xeber.comErmənistan radikalları Azərbaycanla razılaşmalara qarşı təxribatlara başladı... ( 20243076)
-
herbiand.azErmənistandakı səfir funksiyasını o yerinə yetirə bilər - Politoloq ( 20242080)
-
www.bakupost.azErmənistandakı səfir funksiyasını o yerinə yetirə bilər Politoloq ( 20241444)
-
sherg.azRusiya Paşinyanı fiziki aradan qaldırmaq üçün vasitələrə əl ata bilər ŞƏRH ( 20235336)
-
sherg.azRusiya Paşinyanı fiziki aradan qaldırmaq üçün vasitələrə əl ata bilər - ŞƏRH ( 20235312)
-
editor.azSülh masasında ABŞ, kölgədə qalan Rusiya-CAVAB NECƏ OLACAQ? ( 20235018)