AZ

İsmayıllıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İsmayıllı, 9 avqust, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi 1 nəfərin ölümü ilə nəticələnib.

Hadisə rayonun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb. Qəza zamanı xəsarət alan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
33
azertag.az

1Mənbələr