"Valensiya" gənc futbolçusu Xavi Qerra ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, "yarasalar" 22 yaşlı yarımmüdafiəçinin sözləşmə müddətini 2029-cu ilin yayına qədər uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
X. Qerra 16 yaşından bəri "Valensiya"da çıxış edir. O, İspaniya klubunun heyətində 89 oyuna çıxıb və 8 qol vurub.
İspaniyalı futbolçu ilə bir çox Avropa klubu yaxından maraqlandı, o, hələlik "yarasalar"da qalmağı üstün tutub.