Yay istirahətindən qayıdan xalq artisti, pop kraliça Röya Ayxan məşhur məkanlardan birində möhtəşəm konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb.
News24.az xəbər verir ki, gecə üçün xüsusi hazırlanmış, unikal dizayna malik səhnə geyimi ilə diqqətləri üzərinə çəkən sənətçi, illərin dillər əzbəri hitlərini və yeni mahnılarını ifa edib.
Tamaşaçılar gecə boyu coşqu dolu alqışları ilə Röyaya dəstək göstərib, hər ifasını bir ağızdan səsləndiriblər.
Səhnədəki enerjisi, mükəmməl vokalı və unudulmaz şousu ilə Röya Ayxan bir daha sübut edib ki, o, Azərbaycan estradasının tək və əvəzolunmaz kraliçasıdır.