AZ

Sülh, Suverenlik və Yeni Regional Nizam - Polad Mehdiyev yazır


Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən strategiyası sayəsində Azərbaycan beş il ərzində yalnız hərbi qələbəni möhkəmləndirmədi, həm də beynəlxalq hüququn prinsiplərinə söykənən davamlı sülh sistemini qurdu. Bu, Cənubi Qafqazın gələcək onilliklərdə təhlükəsiz və firavan inkişafına zəmin yaradan tarixi nailiyyətdir.

1. 2020-ci il Vətən müharibəsindən sonra başlayan proseslər nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri üzərində tam suverenliyi bərpa olundu. Bu, BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunan "dövlətlərin ərazi bütövlüyü” prinsipinin real təminatı idi.

2. Azərbaycan–Ermənistan sülh sazişi Naxçıvana Ermənistan ərazisindən maneəsiz gediş-gəlişin təmin olunmasını nəzərdə tutur. Bu, həm 1949-cu il Cenevrə Konvensiyaları çərçivəsində humanitar tranzit prinsiplərinə, həm də 1993-cü il Helsinki Yekun Aktının sərbəst kommunikasiya bəndlərinə uyğundur.

3. Azərbaycan–Ermənistan sülh sazişi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırır.  Dəhlizinin açılması Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün mühüm təminatdır. Bu yol təkcə Azərbaycanın strateji əlaqələrini möhkəmləndirmir, həm də regionda iqtisadi inteqrasiyanı və sülhü gücləndirir.
Prezident İlham Əliyev: "Bu saziş təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün sabit və firavan gələcəyin başlanğıcıdır.”

4. Sazişə dünyanın ən aparıcı dövləti – ABŞ-ın rəsmi şəkildə dəstəyi Azərbaycanın diplomatik uğurunun ən mühüm elementlərindən biridir. ABŞ-ın iştirakı, beynəlxalq hüquq baxımından, sazişin icrasına əlavə təminat verir və bölgədə sülhün uzunömürlülüyünə zəmanət yaradır.

5. Bu həm də yeni regional nizamın qurulması- Rusiya və İran balansının dəyişməsidir. Yəni sazişin icrası ilə Cənubi Qafqazda güc balansı dəyişir: Rusiya bölgədən daha sürətli çıxışa məcbur olacaq, İranın isə regional təsir imkanları hüquqi və siyasi müstəvidə daralacaq. Bu, Azərbaycanın müstəqil siyasət yürütməsi üçün daha geniş imkanlar açır.

6. Cənubi Qafqazın firavan gələcəyi üçün təməl
Sülh sazişi yalnız münaqişənin sonu deyil, həm də regional iqtisadi inteqrasiyanın başlanğıcıdır. Sərbəst ticarət, tranzit və investisiya layihələri üçün hüquqi baza formalaşır ki, bu da bölgədə uzunmüddətli sabitlik və rifaha yol açır.

Polad Mehdiyev
Politoloq
 
 


 
 

Seçilən
11
1
7news.az

2Mənbələr