AZ

Şabranda meşəlik ərazidə itkin düşən şəxs tapıldı - VİDEO

Şabranda meşəlik ərazidə itkin düşən şəxs tapılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
 
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
 
Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Seçilən
19
24
moderator.az

10Mənbələr