AZ

Avqustun 10-da havanın temperaturu DƏYİŞƏCƏK

Avqustun 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "News24.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq

Seçilən
121
49
news24.az

10Mənbələr