AZ

Qazaxıstanın Azərbaycandakı səfiri: “Tarixi razılaşma Cənubi Qafqazda yeni bir dövrün başlanğıcıdır” » AzadMedia.az



Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmaya münasibət bildirən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ölkələri təbrik edib.

“Əminəm ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni bir dövrü başlayır. Ümid edirəm ki, yolların açılması, nəqliyyat və logistika, kommunikasiya, ticarət, energetika sahələrində əməkdaşlıq təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiyanın sabitliyi və rifahına böyük töhfə verəcək. Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstanın da sülh prosesində iştirak etməsi bizim üçün qürur mənbəyidir. Biz həmişə tarixi ədaləti və qarşılıqlı hörməti dəstəkləyirik”, – səfir vurğulayıb.



Seçilən
8
5
azadmedia.az

10Mənbələr