"TuranBank"ın sponsorluqdan imtinasından sonra "Göyəzən"in taleyi sual altına düşmüşdü.
Lakin Rekord.az-ın əldə etdiyi son məlumata görə, böyük ehtimalla komanda fəaliyyətini davam etdirəcək.
Komandaya icra hakimiyyəti və yerli iş adamları dəstək olacaq. Bununla bağlı Futbolun İnkişaf Fondu ilə Qazaxın icra hakimiyyəti arasındakı görüşdə müzakirələr aparılıb. Komanda çıxışını "Region Liqası"nda davam etdirəcək.