AZ

Estoniya CAESAR ÖAQ-ların son partiyasını Fransadan təhvil alıb

Estoniya Müdafiə Qüvvələri Fransa istehsalı olan CAESAR özüyeriyən artilleriya qurğularının (ÖAQ) son partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda altı ədəd yeni CAESAR-ın təhvil alındığı və bu ÖAQ-ların Estoniya Müdafiə Qüvvələrinin atəş gücünü, hərəkətliliyini və müdafiə qabiliyyətini daha da artıracağı bildirilib.

Xatırladaq ki, 2024-cü ilin iyun ayında Parisdə keçirilən “Eurosatory-2024” sərgisində Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi, Fransanın Silahlandırma Baş İdarəsi (DGA) və KNDS şirkəti arasında CAESAR-ların tədarükü ilə bağlı müqavilələr imzalanıb.

Seçilən
19
poliqon.az

1Mənbələr