AZ

Oyunçu razıdır, klub yox

“Milan”ın mərkəz müdafiəçisi Malik Tşau “Nyukasl”a keçə bilər, baxmayaraq ki, İtalyan klubu “sağsağanlar”ın təklifini qəbul etməyə tələsmir.

Publika.az xəbər verir ki, bu barədə Florian Plettenberq məlumat yayıb.

İngiltərə klubu 24 yaşlı alman futbolçu ilə 2029-cu ilə qədər müqavilə ilə bağlı ilkin şifahi razılığa gəlib. “Nyukasl” transfer üçün 30 milyon avro təklif edib.

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri də Tşaunu satmağın əleyhinədir və onu komandada saxlamaq istəyir. Klublar arasında danışıqlar davam edir.

Seçilən
60
publika.az

1Mənbələr