AZ

Havaya görə çağırış edildi: iki ay sonra ilk yaşanır Diqqətli olun

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avqustun 8-də Yür kürəsində son iki ayın ən güclü geomaqnit qasırğası başlayıb. Belə ki, avqustun 5-də Günəşdə sondan əvvəlki güc sinfinə (M4,4) məxsus partlayış olub və plazma emissiyası baş verib. Lakin bulud planetimizə doğru deyil, təxminən 45 dərəcə bucaq altında yana doğru yönəlib.

Mütəxəssislər bu fırtınanın xüsusilə sağlamlıq problemi olan insanlar üçün ciddi təhlükə yarada biləcəyini söyləyirlər. Yaxın bir neçə gündə bu qəbildən olan insanların səhhəti pisləşə bilər.

Maqnit qasırğalarının sağlamlıq üzərindəki mənfi təsirlərini minimuma endirmək üçün hansı profilaktik tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, maqnit qasırğaları, yəni geomaqnit fırtınaları bəzən insan sağlamlığına təsir göstərə bilər:

“Bu, xüsusən müəyyən risk qrupu olan şəxslərdə qeydə alınır. Belə ki, hipertoniya, ürək-damar xəstəlikləri və beyin qan dövranı problemləri olanlar bu günlərdə diqqətli davranmalıdırlar. Həmçinin, nevroz və digər sinir sistemi xəstəlikləri olanlar, xroniki xəstəliklərdən əziyyət çəkən yaşlılar da bu siyahıya daxildir. Hazırda isti hava şəraiti nəticəsində infarkt və insult hallarında artım müşahidə edilir. Belə bir dövrdə, maqnit qasırğalarının da təsiri altında insanların sağlamlıqlarına xüsusi diqqət yetirmələri vacib nüansdır”.

Aygün Sayılova

Terapevtin sözlərinə görə, insanlar bunun üçün müəyyən qaydalara riayət etməlidirlər:

“İstirahət rejiminə diqqət yetirmək, yuxu rejimini pozmamaq, stressdən uzaq durmaq, sakitləşdirici metodlardan istifadə etmək, ağır işlərdən və idmandan çəkinmək lazımdır. Eyni zamanda, qidalanmaya diqqət etmək, duzlu və yağlı yeməkləri azaltmaq, dərmanlarını vaxtında qəbul etmək, həkim məsləhətini dinləmək, həddindən artıq kofein və spirtli içkilərdən uzaq durmaq vacibdir”.

Həkim əlavə edib ki, maqnit dalğaları, xüsusilə güclü maqnit qasırğaları cihazlar üzərində mənfi təsir göstərə bilər:

“Bu təsir GPS sistemləri və radio kommunikasiya qurğularında siqnal pozuntularına səbəb olur. Eyni zamanda, maqnit qasırğaları telekommunikasiya şəbəkələrinin və peyk xidmətlərinin fəaliyyətinə də mənfi təsir göstərir. Bu da hava nəqliyyatı və digər mühüm xidmətlərdə gecikmələrə şərait yaradır. Ona görə də belə fırtınalar zamanı texnoloji avadanlıqların daha diqqətlə idarə olunması tövsiyə edilir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
globalinfo.az

3Mənbələr