Donald Tramp İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim edib
ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi öz otağında qəbul edərkən ona xüsusi hədiyyə təqdim edib.
Hədiyyə Trampın şəxsən hazırlatdığı Ağ Evin rəmzi açarı olub. Bu açarı dəyərli edən yalnız onun qızıldan hazırlanması deyil, həm də Ağ Evin giriş qapısını açmasıdır.
Donald Tramp daha əvvəl bu hədiyyəni İsrailin Baş naziri Benyamin Netanyahuya və amerikalı milyarder İlon Maska da təqdim edib. Hər təqdimatda isə vurğulayıb ki, bu açar yalnız məxsusi qonaqlara verilir: “Bu, Ağ Evin, həm də ölkəmiz və qəlbimizin açarıdır”.
Hədiyyə təqdimatı zamanı Prezident İlham Əliyevlə Donald Tramp arasında maraqlı dialoq yaşanıb:
Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz. Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim. Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.
Sonda Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim edən Donald Tramp əlavə edib: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.





