AZ

Məncə, vaxt itirmək lazım deyil - İlham Əliyev

Məncə, vaxt itirmək lazım deyil - İlham Əliyev

Prezident İlham Əliyev: “Şərtlərimiz məntiqli, əsaslı və qanunauyğundur”

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirdiyi brifinqdə sülh sazişinə mane olan səbəblər və danışıqlar prosesi barədə açıqlamalar verib.

“Onu deməliyəm ki, bizim bütün şərtlərimiz məntiqli, əsaslı, qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir. Hətta danışıqlar zamanı belə məsələ qaldırılmışdı. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu məsələ belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aid olan bir məsələdir, bizim ərazi bütövlüyümüzə açıq tələbdir. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz. Biz öz mövqeyimizdən geri addım atmamışıq, çünki heç vaxt Ermənistan qarşısında qeyri-real, qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq”, – dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı müştərək müraciət birinci maneəni aradan qaldırıb: “Bu gün bu paraflanma Ağ Evdə baş verdi. Ona görə mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə bu, birinci növbədə ABŞ-yə hörmətsizlik olacaq. Çünki hər kəs bilir, bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən ABŞ tərəfindən anlayışla qarşılanır.”

O, həmçinin bildirib ki, bu prosesin vaxtında başa çatdırılması vacibdir: “Mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Bu nə vaxt olacaq, Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Hesab edirəm ki, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Vaxt itirmək lazım deyil. Bir halda ki, Ermənistanla Azərbaycan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.”

Seçilən
17
13
afn.az

10Mənbələr