AZ

Ermənistan ABŞ və üçüncü tərəflərlə “Tramp Marşrutu” layihəsi üzrə əməkdaşlıq edəcək

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan ABŞ və üçüncü tərəflərlə “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əməkdaşlıq edəcək

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ-ın Vaşinqton şəhərində keçirilən görüşünün nəticələrinə dair Birgə Bəyannamədə qeyd olunub.

Sənəddə bildirilir ki, Ermənistan Respublikası öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edəcək. Hər iki tərəf ən qısa zamanda bu məqsədə çatmaq üçün xoş niyyətlə səylərini davam etdirməyə qətiyyətlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
apa.az

4Mənbələr