AZ

Yaponiyada Naqasaki bombardmanı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

BAKI, 9 avqust. TELEQRAF

Yaponiya sakinləri ABŞ-nin 80 il əvvəl Naqasakiyə atdığı atom bombası qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Teleqraf xəbər verir ki, ənənəyə uyğun olaraq, bir dəqiqəlik sükut yerli vaxtla saat 11:02-də (Bakı vaxtı ilə 06:02) elan edilib.

Bildirilir ki, 1945-ci il avqustun 9-da Naqasaki üzərində ABŞ Hərbi Hava Qüvvələrinin B-29 strateji bombardmançısından atılan "Şişman" bombasının partlayışı məhz bu vaxt baş verib. Hazırda davam edən anım mərasimində şəhərin meri Şiro Suzuki sülh bəyannaməsini oxuyacaq, daha sonra Baş nazir Şigeru İşibanın çıxışı gözlənilir.

Sülh parkında keçirilən matəm tədbirlərində təxminən 100 ölkə və regionun nümayəndələri iştirak edir.

Seçilən
64
teleqraf.com

1Mənbələr