AZ

Sürəti dəyişəndə avtomobiliniz tullanır ? Mütəxəssislərdən tövsiyələr

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sürəti dəyişdirərkən avtomobilin "ilişməsi" və ya "tullanması" ilk baxışda sürətlər qutusunda nasazlıq olduğuna işarə edir. Xüsusilə avtomat transmissiya sahibləri üçün bu vəziyyət narahatlıq doğurur. Lakin ekspertlər bildirirlər ki, bu cür əlamətlərin səbəbi əslində çox vaxt mühərrikdəki alışma sistemindəki nasazlıqlarla bağlı olur.

Oxu.Az xəbər verir ki, bu barədə pravda.ru-nun avtomobil ekspertləri xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, əgər mühərrikdə, məsələn, köhnəlmiş şamlar, sıradan çıxmış babinlər və ya zədələnmiş naqillərə görə alışma problemi varsa, bu zaman silindrlər qarışığı vaxtında yandırmır və avtomobil sürərkən dartınmalar yaranır, bu da sürətlər qutusunun gec işlədiyi təəssüratı yaradır.

"Ən vacibi isə budur ki, problemi birbaşa transmissiyada axtarmaq baha başa gələ bilər: hidroblokun dəyişdirilməsi, yağın yenilənməsi və kalibrasiya - bunların heç biri nəticə verməyə bilər. Halbuki adi bir şamın dəyişdirilməsi ilə məsələ həll oluna bilərdi", - deyə ekspertlər vurğulayırlar.

Mütəxəssislər tövsiyə edirlər ki, sürücü belə hallarda öncə mühərrikin alışma sistemini yoxlatdırsın. Bu, həm vaxt, həm də pul baxımından daha sərfəlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
oxu.az

2Mənbələr