AZ

Qabbard: Bu görüş Prezident Trampın effektiv liderliyinin daha bir nümunəsidir

BAKI, 9 avqust. TELEQRAF

Bu görüş Prezident Trampın effektiv liderliyinin daha bir nümunəsidir.

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ milli kəşfiyyatının direktoru Tulsi Qabbard “Fox News”a müsahibəsində deyib.

"Bu, həqiqətən tarixi bir gündür. Bu iki ölkə (Azərbaycan və Ermənistan - red.) 35 ildən çoxdur ki, münaqişə vəziyyətindədir. Prezident Trampın əsas məqsədi sülh gətirməkdir. Məhz onun sayəsində iki ölkə liderləri arasında indiyədək olmamış səviyyədə görüş keçirildi. Bu, Prezident Trampın effektiv liderliyinin daha bir nümunəsidir. Bu tarixi anın baş tutması üçün çox işlər görülüb. Bu, bir gecənin işi deyil", - Tulsi Qabbard söyləyib.

Seçilən
80
teleqraf.com

1Mənbələr