AZ

“Qarabağ” niyə onu “Şkendiya” ilə oyunlara niyə sifariş edə bilməyib?

"Qarabağ” İspaniyada - “Rayo Valyekano”da çıxış etmiş Joni Montieli heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, onunla 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

Bəs, yeni futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə oyunlar üçün niyə sifariş olunmayıb?

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin qol.az-a bildirdiyinə görə, ispan futbolçu “Şkeniya” ilə hər iki görüşdə iştirak edə bilməyəcək. Buna səbəb onun adının 3-cü mərhələ üçün sifariş edilməməsidir.

“Qaydalara görə, yeni futbolçunun adı yalnız təsnifat mərhələsi bitəndən ən geci bir gün sonra UEFA-ya göndərilə bilər.

Yəni Joni Montielin durumunda “Şelburn”la cavab matçından sonra onun adı sifariş edilməli idi. Amma o, klubumuza dünən transfer olunub. Bu səbəbdən adı iştirak ərizəsinə salına bilməzdi”.

Beləliklə, Joni Montiel yalnız pley-off mərhələsi üçün sifariş olunacaq.

Seçilən
11
sportinfo.az

1Mənbələr