BAKI, 9 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçiriləcək sammitə hazırlıq asan proses olmayacaq, lakin tərəflər bu istiqamətdə fəal işləyəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Moskva və Vaşinqton qarşıdakı günləri, əlbəttə ki, Alyaskada keçiriləcək yüksək səviyyəli görüşün praktiki və siyasi parametrlərinin ən fəal, gərgin şəkildə işlənib hazırlanmasına həsr edəcək. Bu, görünür, asan proses olmayacaq, lakin biz bununla fəal və intensiv məşğul olacağıq", - Kreml nümayəndəsi bildirib.